Çərşənbə, 15 May

"Alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır" - Siyavuş Novruzov

image

"Gömrükdə özünə dərman gətirən insanlara törədilir".

Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

"Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı satmağa deyil, özünün istifadə etməsi üçün gətirir. Buna görə niyə problem yaranmalıdır?", - deyə deputat bildirib.

S.Novruzov qeyd edib ki, apteklərdə satılan eyni adda olan bəzi dərman qutularının içərisində olan dərman həblərinin sayında fərqlər olur:

"Bununla da dərman satışı ilə məşğul olanlar gəlir etmək mənafeyi güdmüş olur. Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıqla əlaqəli problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər. Ölkəyə dərman gətirən, satan, yoxlayan ayrı olmaldır. Bizdə isə bu üç işi eyni adam həyata keçirir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00